Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Gəlin toy gecəsi bəyə atəş açdı : "Qudurma, həddini aşma!"

Tarix: 02-08-2017 15:02     Baxış: 5358 A- / A+
Gəlin toy gecəsi bəyə atəş açdı

ABŞ-ın Tennesi ştatında sabah 25 yaşlı Keyt Elizabet Prikardın məhkəmə prosesi başlanacaq.
O, 30 yaşlı əri Ceyms Cared Bertonu ölümlə hədələməkdə və ona atəş açmaqda suçlanır.
Olay Tennesinin Merfisboro şəhərinin kənarındakı "Clarion Inn" motelində baş verib. Toydan sonra bu motelə yollanan Ceymslə Keyt gecəni lüks nömrələrdən birində keçirmək, ertəsi gün evə yollanmaq qərarına gəlmişdilər.
Toyda içib sərxoş olmuş bəylə gəlin arasında moteldə mübahisə düşüb və davaya çevrilib.
Motel əməkdaşlarının dediyinə görə, əynində gəlin paltarı olan Keyt ərini, təzə bəy Ceymsi itələyərək həyətə çıxarıb.
Keyt gəlinlik paltarının altında gizlətdiyi tapançanı çıxarıb, Ceymsə tuşlayıb və "Qudurma, həddini aşma!" qışqırıb.
Ceymsin dediyinə görə, Keyt bunu deyərək atəş açıb.
Şahidlər də gəlinin iki dəfə atəş açdığını təsdiqləyiblər.
Keyt Elizabet Prikard sərxoş olduğundan səndərləyirdi və bu səbəbdən açılan güllələr onun ərinə, təzə bəyə dəyməyib.
Motel əməkdaşlarının çağırdıqları polislər Keyti tutublar.
Keyt polis idarəsində verdiyi ifadəsində bildirib ki, 7 yaşından atıcılıqla məşğuldur və həmişə üstündə tapança gəzdirir.
Toy günü də istisna olmayıb. Həmin gün Keytin belində, gəlinlik paltarının altında 9 mm çaplı "Beretta" tapançası vardı.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar