Sizin Reklam Burada
Xəbər lenti
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

Tarix: 29-07-2017 16:17     Baxış: 5372 A- / A+
Dünyanın ən kök uşağı İndoneziyada yaşayır

İndoneziyada yaşayan 10 yaşlı Arya Perman dünyada ən kök uşaq hesab olunur. Onun çəkisi 192 kiloqram təşkil edir!
Manevr.az publika.az-a istinadən xəbər verir ki, zavallı oğlan artıq çəki ucbatından məktəbə gedə bilmir və ümumiyyətlə, onun ölçüsünə görə özünə paltar tapması da asan deyil. Həmçinin, o, kənardan kömək olmadan hərəkət edə bilmir.

Aryanın valideynləri danışırlar ki, onların oğlu 3.2 kiloqramlıq normal çəki ilə doğulub. Lakin 2 ildən sonra o, sürətlə kökəlməyə başlayıb. Əvvəlcə valideynləri xoşbəxt idilər ki, onların oğlu toppuşdur, deməli sağlamdır. Amma iştah və çəki nəzarətdən çıxandan sonra uşağı dərhal xəstəxanaya apardılar. Yerli həkimlər aciz qalaraq məsləhət gördülər ki, müayinə üçün daha bahalı klinikaya aparsınlar. Uşağın atası Ade Somantri ayda cəmi 135 dollar qazanır, bu pullar təbii ki, dolanışığa güclə çatır, deməli, bahalı müalicədən söhbət belə gedə bilməz.

Arya gün ərzində 5 dəfə qidalanır. Onun rasionuna balıq, tərəvəz supu, mal əti, düyü, soya tabletləri və ümumiyyətlə daşdan yumşaq nə varsa, daxildir. Ananın sözlərinə görə, bu qədər yeməyi adətən ağır fiziki əməklə məşğul olan işçilər yeyir. Arya kənardan müdaxilə olmadan gəzə bilmir və oturaraq yatır.

Övladlarının ağır xəstə olması ilə valideynlər artıq barışıblar. Əvvəlcə onlar ona guya böyük məhəbbət üzündən bol yemək verməkdən imtina edə bilmirdilər, indi isə ana göz yaşları ilə etiraf edir ki, oğlunu qəhvəyi düyü pəhrizinə salmaq məcburiyyətində qalıb.

Manevr.az
Dünyanın ən kök uşağı İndoneziyada yaşayır
Dünyanın ən kök uşağı İndoneziyada yaşayır
Dünyanın ən kök uşağı İndoneziyada yaşayır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar