Xəbər lenti
Bakıda ŞOK: Əli qılınclı, kəfənli şəxslər Təzə Pirə girdi...

Pir məscidində cümə namazı zamanı kütləvi dava olub.
Cümə namazında iştirak edən şəxslərin bakupost-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq axunddan xütbəni kəsməsini istəməsi olub.
Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar.
Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.
Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar