Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ana 3 yaşlı oğlunu adapter naqili ilə boğaraq öldürdü - FOTO

Tarix: 12-07-2017 19:55     Baxış: 5294 A- / A+
Ana 3 yaşlı oğlunu adapter naqili ilə boğaraq öldürdü

Türkiyənin Zonquldaq rayonunun Gökçebəy qəsəbəsində restoranda ofisiant işləyən 25 yaşlı Gülveren A. 3 yaşlı oğlu Emir Canı mobil telefonunun adapter naqili ilə boğaraq öldürdükdən sonra intihara cəhd edib.

Hadisə bu gün səhər saatlarında baş verib.

26 yaşlı Olcay A. -nın həyat yoldaşı Gülveren A. anası və atası ilə birlikdə yaşadığı evə gəlib. Gülveren A. həyat yoldaşı Olcay A. çörək almaq üçün mağazaya getdikdən sonra, yataq otağında yatan oğlu Əmir Canın yanına gedərək qapını kilidləyib. Uşağın ağlamaq səsinə qaçan qayınata qapını aça bilməyincə oğluna zəng edərək xəbər verib. Evə gələn Olcay A. da qapını aça bilməyib. Pəncərədən yataq otağına girən Olcay A. oğlunu hərəkətsiz halda uzanılı görüb, yoldaşını isə biləkləri kəsilmiş vəziyyətdə tapıb.

Çağırılan təcili yardım işçiləri Emir Canın boğularaq öldürüldüyünü müəyyən edib. Xeyli sayda dərman içdiyi və biləklərini kəsdiyi müəyyən edilən Gülveren A. isə təcili yardımla əvvəl Çaycuma Dövlət Xəstəxanasına, sonra da Zonquldaq Atatürk Dövlət Xəstəxanasına aparılıb. Həyati təhlükəsi olan Gülveren A. reanimasiyaya yerləşdirilib. Jandarma qruplarının etdiyi araşdırmada Emir Canın mobil telefonunun adapter naqili ilə boğularaq öldürüldüyü təsbit edilib.

İstintaq davam edərkən Gülveren A.-nın 5 iyulda jandarmaya yoldaşından şiddət gördüyü iddiası ilə müraciət etdiyi ortaya çıxıb. Bundan sonra, Olcay A. "evdən uzaqlaşdırılma" cəzasına məruz qalsa da cütlük barışdıqdan sonra yoldaşının evə döndüyü öyrənilib.big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar