Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin cənazəsi Səmərqəndə gətirildi -VİDEO

Tarix: 03-09-2016 13:58     Baxış: 4489 A- / A+
Prezidentin cənazəsi Səmərqəndə gətirildi



Sentyabrın 3-ü səhər saat 4-dən etibarən Daşkənd sakinləri Özbəkistan prezidenti mərhum İslam Kərimovla vidalaşmaq üçün hər gün onun işə gedib-gəldiyi “prezident yolu” boyunca toplaşıblar.


Manevr.az Cebhe.info-ya istinadən xəbər verir ki, hərəkət zolağı boyunca milislər dayanıb. Bir hissəsi toplaşanların qarşısını kəsən kordon qurub, digər hissə yolun hərəkət hissəsində düzülüb.

“Prezident yolu”na çıxan bir sıra küçələr bağlanıb. Səhər saat 7.00-da matəm korteji Daşkənd hava limanına yola düşüb. Hava limanında matəm kortejini min nəfərdən artıq adamın qarşıladığı xəbər verilir. İslam Kərimovun cənazəsi ağ məxmər örtüyə və ölkənin bayrağına bürünüb.

Mərasimi desant bölüyü, dini xadimləri və Kərimovun yaxınları müşayiət edib.

Hava limanı ərazisində cənazəni hərbçilər daşıyıb və Səmərqəndə yola salıb. Onu da qeyd edək ki, hazırda Səmərqənddə hava məkanı mülki reyslər üçün bağlıdır.

78 yaşlı İslam Kərimovun cənazəsi Səmərqəndə səhər səhər saat 09:00-da yola düşüb. Uçuş təxminən 55 dəqiqə çəkib. Hazırda Özbəkistana başsağlığı teleqramları gəlməkdədir. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və Tacikistanın dövlət başçısı İmoməli Rəhmon dəfn mərasimində iştirak etmək üçün Özbəkistana yola düşüblər. Rusiya, Qırğızıstan və Qazaxıstan vida mərasimində baş nazirlər, Azərbaycan isə spiker səviyyəsində təmsil olunur.

Özbəkistanda üç günlük matəm elan edilib. Baş nazir Şövkət Mirziyayevin başçılığı ilə 22 nəfərlik dövlət dəfn komissiyası yaradılıb. Özbəkistan Konstitusiyasına görə, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmətulla Yuldaşev icra edəcək.

Üç aydan sonra Özbəkistanada prezident seçkiləri keçirilməlidir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar