Xəbər lenti
Azərbaycanda ailə dəhşəti: 23 yaşlı qız evdən qaçdı (SƏBƏB+ŞƏRH)
Bakı şəhər sakini 23 yaşlı Gülər Məmmədova (ad şərtidir) dünən axşam saatlarında evdən qaçıb.
Manevr.az xəbər verir ki, bu barədə "qaynarinfo"ya açıqlama verən Gülər Məmmədova bildirib ki, bu addımı atmasına səbəb ailə üzvləri tərəfindən şiddətə məruz qalması olub. Onun sözlərinə görə, artıq uzun müddətdir birlikdə yaşadığı anası və qardaşı tərəfindən şiddətə məruz qalır.
Gülər ötən axşam qardaşı tərəfindən döyüldükdən sonra evdən qaçıb: "Demək olar ki, uşaqlıqdan şiddətə məruz qalıram. Ailəmiz çox mental düşüncəlidir. Atamı erkən yaşlarımda itirmişəm. Qardaşım, anam və mən birlikdə yaşayırıq. Özüm bankda işləyirəm. Evə bir dəqiqə onların qoyduğu vaxtdan gec getsəm, problem yaranır. Hətta rəfiqəm olması belə qadağandır. Evdən çıxmağı uzun müddət idi ki, düşünürdüm. Dünən axşam baş verənlərdən sonra dözə bilmədim. Axşam "Youtube"da film izləyiridim. Qardaşım telefonuma baxmaq istədi, mən də vermək istəmədim. Bna görə məni döydü. Mən də evdən qaçdım. Ayaqqabımı belə geyinməmişəm. Artıq "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət etmişəm".
Məsələ ilə bağlı "qaynarinfo"ya danışan hüquqşünas Vüqar Səfərli bildirir ki, xanım bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir:
"Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycanda valideynləri tərəfindən döyülən övladların sayı yetərincədir. Azərbaycan qanunvericiliyinə görə, uşaqlara qarşı məişət zorakılığı yolverilməzdir. Məişət zorakılığı dedikdə, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasını başa düşməliyik. Bəzi hallarda ailələrdə yaranmış xoşagəlməz hallar ağır cinayətlərin baş verməsi ilə nəticələnir. Konkret olaraq, zərərçəkmiş qız hüquq-mühafizə orqanlarını bu barədə xəbərdar etməlidir. Ona qarşı zorakılıq edilibsə və ya ölümlə hədələnirsə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələrinin tərkibi yaranır. Cinayət Məcəlləsinin 133-cü maddəsinə görə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 134-cü maddəsinə görə isə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Bəs Gülər Məmmədovanın ölkədən çıxışına qadağa qoyula bilər? Hüquqşünas bildirir ki, belə bir qadağa qoyula bilməz: "Xanımın ölkədən çıxmasına bu məsələ ilə bağlı qadağa qoyula bilməz. O yetkinlik yaşına çatıb, buna görə də sərbəst sürətdə ölkə sərhədlərindən kənara çıxa bilər. Həmçinin də yenidən yaşadığı mənzilə qayıdıb, orada yaşamağa davam edə bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar