Xəbər lenti
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
"Bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində bildirib ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir: “Bugünkü gün buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında atılan addımlar, həm Azərbaycan Ermənistan normallaşması işində atılan addımlar və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövləti olan Amerika Prezidentinin buna dəstəyi və şahidlik etməsi bu Sazişin önəmini bir daha göstərir. Mən bu gün qeyd etdim ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Və əlbəttə ki, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var. Həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq". lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























