Xəbər lenti
Xərçəngə mübtəla olan Qarabağ qazisinin dövlətin yardımına ehtiyacı var
Həyat yardımlaşdıqca gözəlləşir, çünki yardımı alanın da, yardım edənin də simasına təbəssüm hakim kəsilir.
Haqqında məlumat verəcəyimiz bu şəxsin də yardıma ehtiyacı var. Özü dilə gəlib yardım istəməsə belə, onun dərdi, problemi ilə sizləri tanış etmək istədik. Düşündük ki, hər zaman darda olana yarım əlini uzadan Azərbaycan xalqı bu qardaşımıza da kömək olacaq.
Fotosunu təqdim etdiyimiz şəxs Zaur Vaqif oğlu Nəsirovdur. O, Yardımlı şəhər sakinidir. Ön cəbhədə iki dəfə ağır yaralanmış, kontuziya almış, diz qapağında çoxlu sayda qəlpə gəzdirən və bu səbəbdən xərçəng xəstəliyinə mübtəla olan Zaur Nəsirov artıq ağır xəstəliklə mübarizə aparmaq gücündə deyil. Həm mənəvi, həm də maddi cəhətdən tükənmiş vəziyyətdədir.
Zaur Nəsirov 1996-99-cu illərdə Gədəbəy və Daşkəsən rayonlarında Milli Ordunun tərkibində, düz düşmənlə sərhəddə hərbi xidmət keçib. Dəfələrlə düşmənin namərd gülləsinə tuş gəlmə təhlükəsi ilə üz-üzə qalıb. 1999-cu ildə Gədəbəy rayonu ərazisində əsgər kimi hərbi xidmət edərkən ağır yaralanıb. Xoşbəxtlikdən və həkimlərin sayəsində həyatı xilas olub. Ağır yaralanmasına baxmayaraq atasından aldığı vətənpərvərlik ruhu, tərbiyyəsi onu yenidən hərbiyə qaytarıb. Hərbi xidmətdən sonra gizirlik məktəbini oxuyaraq yenidən Milli Orduda gizir heyətində qulluğa başlayıb. Əsasən, Göranboy ərazisində xidmət edib, dəfələrlə düşmən təxribatının qarşısının alınmasında döyüş şücaəti göstərib. 2006-ci ildə isə yenidən ağır yaralanıb, diz qabağında çoxlu sayda qəlpə var. Həmin vaxt Zaur Nəsirov həm də başından kontuziya alıb. Həmin döyüşdə, o, öz sağlamlığının itirilməsi bahasına olsa belə iki əsgərin həyatını xilas edib, yaralı halda həmin əsgərləri sürüyərək ərazidən uzaqlaşdırıb. Ağır yaralanan Zaur Nəsirov aldığı zədələrə görə ordudan tərxis olunub.
Zaur Nəsirov bu gün ağır qəlpə yaralarının fəsadından qaynaqlanmış xərçəng xəstəliyindən əziyyət çəkir. Yaxın dostların, qohumların yardımı ilə bir dəfə əməliyyat olunub. Lakin sağalmaz xəstəlik yeni fəsadlar törədib. Ona görə də həkimlərin yenidən əməliyyat olunmasının vacibliyini bildiriblər. Yenidən əməliyyat olunmaq üçün isə maddi vəsait lazımdır. Zaurun yaxınlarının isə bu vəsaiti qarşılamağa maddi imkanları yol vermir. Bu gün üç uşaq atası olan, xəstəliyi ilə əlaqədar heç bir sosial müavinət almayan Zaur Nəsirova verilən ünvanlı sosial yardım da artıq dayandırılıb.
Xaraktercə əyilməz və çox vüqarlı olan Zaur Nəsirov müalicə olunmaq üçün kiməsə müraciət etmək fikrində deyil. Elə bu çağırışa da qarşı olub. Ancaq Yardımlı Tarix Muzeyinin direktoru Əli İsgəndərov Zaur Nəsirovun həyatını xilas etmək məqsədilə bütün yardımsevərlər insanlara müraciət ünvanlanmağa qərar verib.
Moderator.az olaraq biz də hər zaman səsimizə səs verən, işıqlandırdığımız ən xırda problemi belə qısa zamanda həll edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin, Səhiyyə Nazirliyinə bu məsələ ilə bağlı müracət etmək istədik. Ümid edirik ki, sağlamlığından Vətən yolunda keçmiş, indi də sağalmaz xəstəliklə mübarizə aparan bir Azərbaycan oğlunun harayına çatacaqlar.
Həmçinin, yardımsevər şəxslərdən, iş adamlarından, əslən Yardımlı rayonundan olan imkanlı insanlardan da Zaur Nəsirova maddi və mənəvi dətsək olmağı xahiş edirik.
Yardım üçün bank hesabı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar