Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Braziliyanın ilk ərəb prezidenti və... özündən 42 yaş cavan xanımı - FOTOLAR

Tarix: 02-09-2016 23:37     Baxış: 4781 A- / A+
Braziliyanın ilk ərəb prezidenti və...


Dünən Braziliya parlamenti müvəqqəti olan prezidentlik postundan kənarlaşdırılan Dilma Russefin yekun impiçmenti barədə qərar verdi.

Manevr.az xəbər verir ki, vergidən yayınmada və 2014-cü ilin seçki kampaniyasında büdcə vəsaitlərindən istifadə etməkdə təqsirləndirilən xanım prezidentin vəzifədən kənarlaşdırılmasının lehinə 61, əleyhinə isə 21 senator səs verdi.

Həmin gün vitse-prezidenti Mişel Temer Senatın əsas zalında keçirilən rəsmi inaqurasiya mərasimi ilə yeni vəzifəsinin icrasına başladı. O 2019-cu il yanvarın 1-dək, Dilma Rusefin səlahiyyət müddətinin bitməli olduğu tarixə qədər ölkəyə rəhbərlik edəcək.

Maraqlı məqam ondan ibarətdir ki, 75 yaşlı Mişel Temer Braziliya tarxində ilk ərəb mənşəli prezident olacaq.


Manevr.az Modern.az-a istinadən Mişel Temerin həyat məqamlarını təqdim edir.

Mişel Migel Elias Temer Lulia 1940-cı il sentybarın 23-də Braziliyanın San-Paulu ştatındakı Tiete şəhərində anadan olub. Temer ailəsi 1925-ci ildə Livanın şimalındakı Baaka şəhərindən Braziliyaya köç etmişdi. Xristian ərəblərdən (maronit) sayılan bu ailə ata-ana və 8 övladdan ibarət olub.

Mişel Temer orta təhsildən sonra San-Paulu Universitetinin hüquq fakultəsini bitirib. O, hüquq elmləri doktoru elmi adı alıb.

1964-cü ildə 24 yaşlı Mişel Temer siyasi fəaliyyətə başlayıb. O, San-Paulu ştatının təhsil katibliyində çalışdıqdan sonra 1970-cfi ildə dövlət ittihamçısı olur.

1983-cü ildə San-Paulu ştatının baş prokuroru, İctimai Təhlükəsizlik Departamentinin rəisi və s. vəzifələrdə çalışır. Bu dövrdə ölkədə qadınlardan ibarət ilk polis bölməsi, piratçılığa qarşı milli büro və s. yeniliklər tətbiq olunub.

1987-2010-cu illərdə Mişel Temer 6 dəfə San-Paulu ştatından deputat seçilib. 2001-ci ildə ərəb mənşəli braziliyalı siyasətçi Braziliya Demokratik Hərəkatı Partiyasının sədri seçilib.

2010 və 2014-cü illərdə isə prezident Dilma Rusef tərəfindən vitse-prezident postuna gətirilib.

Maraqlıdır ki, Livandan və Suriyadan Braziliyaya köçmə prosesi kütləvi olub. Bu gün ölkədə 10 milyondan artıq ərəb mənşəli insan var.

75 yaşlı Mişel Temerin prezident seçilməsi ilə ondan 42 yaş gənc xanımı Marsela Temer Braziliyanın birinci ledisi olub. Qalmaqallı model həyatı və açıq-saçıq görüntüləri ilə ölkə ictimaiyyətində qıcıq yaradan Marsela bahalı daş-qaş, eksklüziv paltlarlar və ən elitar maşın markaları ilə görünməyi sevir.


Braziliyanın ilk ərəb prezidenti və...
Braziliyanın ilk ərəb prezidenti və...
Braziliyanın ilk ərəb prezidenti və...
Braziliyanın ilk ərəb prezidenti və...
Braziliyanın ilk ərəb prezidenti və...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar