Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda “GREEN HOUSE” istirahət mərkəzində faciə ilə bağlı açıqlama – RƏSMİ + YENİLƏNİB

Tarix: 08-07-2017 12:52     Baxış: 5656 A- / A+
Azərbaycanda “GREEN HOUSE” istirahət mərkəzində faciə ilə bağlı açıqlama

İsmayıllı rayonundakı "Green House” istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin xəsarət alması hadisəsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə dünən baş verib. Belə ki, istirahət mərkəzindəki hovuza girən 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər sakini Emin Adıgözəlov və Abşeron rayon sakini Gülhüseyn Quliyev ölüb. Zaqatala rayon sakini Eltəkin Ömərov və Bakı şəhər sakini Zakir Əliyev xəsarət alıb.

-----

İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən "Green House” istirahət mərkəzində baş verib.

Məlumata görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib.

Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin necə baş verdiyi hələ ki, dəqiq məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayılı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar