Xəbər lenti
ANS-in iddiası ləğv edildi :Əsas kimi Fətullah Gülənlə müsahibə göstərilib/ FOTOLAR
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az-ın xəbərinə görə, iclas hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib. Prosesdə çıxış edən şirkətin vitse-prezidenti Mirşahin Ağayev bildirib ki, MTRŞ-nın ittihamında ANS-in Fətullah Güləndən müsahibə aldığı göstərilib.
M.Ağayev bunu cəfəngiyyat adlandırıb: "Bizim müxbir ABŞ-da Fətullah Gülənin mətbuat konfransında iştirak edib. Həmin zaman orada digər jurnalistlər də olub. Lakin biz həmin müsahibəni efirdə verməmişik. Guya ANS terrorçuları təbliğ edib. Bunların hamısı cəfəngiyyatdır".
Daha sonra M.Ağayev Türkiyədə baş verən dövlət çevrilişi günü ANS-in efrində gedən hadisələri sadalayıb: "Məhkəmədən xahiş edirik ki, ədalətli qərar çıxardsın. Biz bu dövlətə inanırıq, yazılan və yazılmayan qanunların heç birini pozmamışıq".
ANS-in nümayəndəsi Raquf Mustafayev də çıxış edib. O, çıxışında vəsatət verib.
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov çıxış edib. O qeyd edib ki, ANS Türkiyədə baş verən hadisə ilə bağlı FETÖ-çü terror təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verib: "MTRŞ da bunun üçün ANS-in lisenziyasını bir aylıq dayandırıb".
Daha sonra çıxış edən Vahid Mustafayev bildirib ki, MTRŞ bununla bağlı 15 iyuldan 18 iyula qədər şirkət rəhbərliyinə heç bir xəbərdarlıq etməyib.
Çıxış edən MTRŞ-nın nümayəndəsi bunun doğru olduğunu təsdiqləyib. Daha sonra V. Mustafayev qarşı tərəfə sual verib ki, Azərbaycanın hansı qanunda Fətullah Gülən terrorçu kimi göstərilib? O həmçinin bildirib ki, MTRŞ daha öncədən onlara Fətullah Gülənin terrorçu olması ilə bağlı heç bir məlumat verməyib, xəbərdarlıq etməyib.
Daha sonra hakim fasilə elan edib. Fasilədən sonra hakim ANS-in iddiasını rədd edərək, MTRŞ-in etirazını təmin edilib.
ANS-in rəhbərliyi qərara etirazlarını bildiriblər və qeyd ediblər ki, vəsatətləri sona qədər dinlənməyib. Eyni zamanda onlar söyləyiblər ki, prosesdə video materiallara da baxılmayıb.
Qeyd edək ki, ANS əvvəlcə məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaya 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edib. İddia ANS Müstəqil Yayım və Media Şirkətinin “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.musavat.com.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar