Xəbər lenti
"Ermənistan ordusu tərəfindən törədilən bu hadisəni vandalizm hesab edirik" -Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yaydı
Manevr.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu dünən erməni silahlı bölmələri tərəfindən Füzulinin Alıxanlı kəndində dinc əhaliyə qarşı törədilən vandalizm, o cümlədən, günahsız körpələrin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Biz Ermənistan ordusu tərəfindən törədilən bu vandalizm aktını pisləyirik. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq öz bəyanatımızı bütün beynəlxalq təşkilatlara çatdıracağıq. Ermənistan dünya ictimaiyyəti qarşısında özünü biabır edir. Onlar günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. 2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib.2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması zamanı mərminin evə düşməsi nəticəsində Tərtər rayonunun Həsənqaya kəndində 16 yaşlı Həsənova Turanə Kamandar qızı şəhid ölüb. İndi də 2 yaşlı Zəhra balamız. BAMF beynəlxalq təşkilat olaraq bəyan edirik ki, dünya ictimaiyyəti minlərlə məsum azərbaycanlı uşaqları qətlə yetirmiş və əlil qoymuş Ermənistanı pisləməli, etiraz etməli və bu ölkəyə ciddi təzyiq göstərməlidir. Bu kimi alçaq əməllər isə erməni əsgərinə uşaq qatili adından başqa heç bir ad qazandırmır...
BAMF-ın mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar