Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şairdən Səmədzadəyə sərt cavab: “Bakı “çuşka”ların hesabına şəhər olub”

Tarix: 04-07-2017 19:09     Baxış: 5474 A- / A+
Şairdən Səmədzadəyə sərt cavab: “Bakı “çuşka”ların hesabına şəhər olub”


“Aygün Səmədzadənin bu fikirlərini səhv düşüncə hesab edirəm.”


Manevr.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi bəstəkar Aygün Səmədzadənin Azərbaycan bölgələri ilə bağlı təhqirli fikirlərini şərh edərkən deyib. O, Aygün Səmədzadənin Azərbaycan kimi balaca bir yeri paytaxt və bölgələrə bölməsini biabırçılıq adlandırıb:

“Aygün Səmədzadə istedadlı bəstəkardır. Amma bu adamlar hələ də anlamır ki, Bakı təkçə onların deyil. Bu şəhər daş divarları, bulvarı, parkları, böyük binaları ilə tanınmır. Əslində Bakı Azərbaycanın bölgələridən gələn insanları, ziyalıları, elm və incəsənət adamları ilə tanınır. Əgər Qarabağdan Üzeyir bəy, Nəcəf bəy Vəzirov, Naxçıvandan Mirzə Cəlil, Cavid və onlarla belələri Bakıya gəlməsəydi, Bakı nə olardı?!”

Şair qeyd edib ki, Bakı bölgələrdən gələnlərin hesabına və zəhmətinə şəhər olub:
“Bakı təkcə orada doğulub, yaşayanların şəhəri deyil. Bura Azərbaycanın baş kəndi, paytaxtıdır. Bu ayrı-seçkilik və insanları təhqir etməkdir. Biabırçılıqdır. Bu ayrıseçkilik kimə lazımdır?! Sovet dönəmində bakılılar rayondan gələnləri “çuşka” adlandırırdılar. Bu adamlar anlamırlar ki, Bakı “çuşka”ların hesabına şəhər olub. Onların Bakı üstündə nə qədər haqqı varsa, Bakıda da biz bölgədən gələnləri haqqı var. Bakı hamınındı.”

Rüstəm Behrudi Azərbaycanı bölgələrə bölənləri düşmən işi adlandırıb:
“Bakı səhrada yerləşmiş bir yerdir. Neft quyuları, daş binaları, küçələr və s. Bakını şəhər edən oların bəyənmədiyi bölgələrdən gələn intelekt ziyalılar sülaləsidir.”

Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə Azərbaycan bölgələri haqqında yazdığı fikirlər böyük narazılığa səbəb olub. Aygün Səmədzadə hesab edir ki, təhsil müəssisələrinə rüşvət də məhz rayon adamları tərəfindən gətirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar