Xəbər lenti
Namiq Dəlidağlı “Çingiz Aytmatov - qızıl qələm” medalına layiq görülüb

Manevr.az xəbər verir ki, Namiq Dəlidağlı türkdilli dövlətlər arasında ədəbi əlaqələrin genişləndirilməsi və media sahəsində əməkdaşlığın inkişafı və təbliğindəki fəaliyyətinə görə bu medala layiq görülüb. Onun ədəbi nümunələri və məqalələri mütəmadi olaraq qardaş ölkələrin mətbuatında dərc edilir.
Eyni zamanda N.Dəlidağlının qurucusu olduğu “Manevr.az” və “Dalidag.az” saytlarının səhifələrində türkdilli ölkələrin yaradıcı adamlarına geniş yer verilir.
N.Dəlidağlı Prezident təqaüdünə, "Qızıl qələm" və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına layiq görülüb.
N.Dəlidağlının indiyə kimi “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər” adlı şeirlər kitabı işıq üzü görüb. Dörd publisistik kitabın həmmüəllifidir.
Bir çox şeirləri Azərbaycanda və xaricdə nəşr olunan ədəbi toplularda çap edilib. Şeirlərinə mahnılar bəstələnib.
O, "Dəlidağ" Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, Türkiyədə fəaliyyət göstərən "Kapsamhaber" saytının köşə yazarıdır.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar