Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Namiq Dəlidağlı “Çingiz Aytmatov - qızıl qələm” medalına layiq görülüb

Tarix: 07-12-2024 15:04     Baxış: 3766 A- / A+
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, juurnalist Namiq Dəlidağlı Qırğız Respublikası Elm-Təhsil, Peşə Akademiyası tərəfindən “Çingiz Aytmatov qızıl qələm” medalı ilə təltif edilib.

Manevr.az xəbər verir ki, Namiq Dəlidağlı türkdilli dövlətlər arasında ədəbi əlaqələrin genişləndirilməsi və media sahəsində əməkdaşlığın inkişafı və təbliğindəki fəaliyyətinə görə bu medala layiq görülüb. Onun ədəbi nümunələri və məqalələri mütəmadi olaraq qardaş ölkələrin mətbuatında dərc edilir.
Eyni zamanda N.Dəlidağlının qurucusu olduğu “Manevr.az” və “Dalidag.az” saytlarının səhifələrində  türkdilli ölkələrin yaradıcı adamlarına geniş yer verilir. 

N.Dəlidağlı Prezident təqaüdünə, "Qızıl qələm" və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına layiq görülüb.
N.Dəlidağlının indiyə kimi “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər” adlı şeirlər kitabı işıq üzü görüb. Dörd publisistik kitabın həmmüəllifidir.
Bir çox şeirləri Azərbaycanda və xaricdə nəşr olunan ədəbi toplularda çap edilib. Şeirlərinə mahnılar bəstələnib.
O, "Dəlidağ" Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, Türkiyədə fəaliyyət göstərən "Kapsamhaber" saytının köşə yazarıdır.

Nigar Nəriman
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar