Xəbər lenti
Bakıda əxlaqsız qadınlar turistin başına oyun açdı - ŞOK HADİSƏ

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub.
Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.
Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.
Araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar