Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Vardanyanın şikayəti rədd edildi

Tarix: 27-05-2024 14:15     Baxış: 4583 A- / A+

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb.
Manevr.az
xəbər verir ki, R.Vardanyan vəkili vasitəsilə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayət ərizəsində həbs qərarının ləğv edilməsi istənilib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədov xüsusilə ağır cinayətdə ittiham olunan müttəhimlə bağlı birinci instansiya məhkəməsinin qərarını qanunauyğun hesab edib.
Qərara əsasən, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. 10 gün əvvəl istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.qafqazinfo

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar