Xəbər lenti
Natiq Əliyev vəfat etdi

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.
Bu barədə report-un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.
Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti stabilləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.
***
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
APA-nın məlumatına görə, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
Allah rəhmət eləsin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar