Xəbər lenti
Bu gün müdafiə naziri Zakir Həsənovun doğum günüdür

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun doğum günüdür.
Manevr.az xəbər verir ki, nazr 58 yaşını qeyd edir.
Bəzi mənbələrdə nazirin doğum günü tarixi 9 iyun göstərilsə də, Zakir Həsənovun Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında adan olduğu tarix 6 iyun olaraq qeyd olunub.
Qeyd edək ki, Z.Həsənov 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olub.

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.
1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.
1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17 may 2003-cü il tarixli 869 №-li Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 №-li Sərəncamı ilə isə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı da daxil olmaqla, Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı ilə, 30.06.2004-cü il tarixli 298 №-li Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
22 oktyabrın 2013-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.moderator.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar