Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Novruz bayramına qədər vətəndaşların kredit borcları silinə bilər? - AÇIQLAMA

Tarix: 09-02-2024 21:43     Baxış: 3206 A- / A+
Novruz bayramına qədər vətəndaşların kredit borcları silinə bilər? - AÇIQLAMABu gün müzakirə olunan məsələlərdən biri də kredit borclarının silinməsidir. Məlum olduğu kimi qarşıda Novruz bayramı gəlir. Bununla əlaqədar olaraq vətəndaşların kredit borcları silinə bilər?

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hazırda kredit borclarının silinməsi ilə əlaqədar hər hansı bir məsələ hökumətin gündəmində deyil:

"Kredit borclarının silinməsi yanaşmasına müəyyən mənada ehtiyatlı davranmaq lazımdır. Çünki bu məsuliyyətsiz borclanma, məsuliyyətsiz davranışları belə özü ilə bərabər gətirə bilər. Bu baxımdan indiki şərtlər daxilində Azərbaycanda bu istiqamətdə təcrübə çox deyil. Düzdür 2019-cu ilin fevralında devalvasiya nəticəsində yaranmış borcların silinməsi ilə əlaqədar qərar qəbul edildi. Əslində bu olmalı idi. Mülki məcəlləyə görə Azərbaycan hökumətinin yerli özünü idarəetmə orqanlarının qəbul etdiyi qərarlar nəticəsində vətəndaşa, sahibkara zərər dəyirsə bu zərər kompensasiya olunmalıdır. Düzdür 2019-cu il qərarı bu zərəri tam kompensasiya etmirdi. Amma onun müəyyən bir qismini, az gəlirli sosial qruplara olan təsirini bir qismini aradan qaldırmağa kömək etdi. Borcların silinməsi ilə əlaqədar hökümət deyil, bayramla əlaqədar banklar hər hansı bir fərdi şəkildə korporativ sosial məsuliyyət layihələr çərçivəsində yanaşma və bir mövqe ortaya qoya bilər. Həssas sosial qrupların, əlilliyi olan şəxslərin, müharibə əlillərinin, eyni zamanda şəhid ailələrinin borclarına münasibətdə hər hansı bir qərarlar qəbul edə bilərlər. Amma hökumət faktiki olaraq bu gün üçün bu məsələləri müzakirə etmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar