Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı professor evində hücuma məruz qaldı: Əl-ayağını kəndirlədilər

Tarix: 06-02-2024 12:57     Baxış: 4340 A- / A+

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

Manevr.az
xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.
Məlumatda bildirilib ki, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. “İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.“qafqazinfo”
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar