Xəbər lenti
Azərbaycanda Dövlət Bayrağı Günüdür - Şəkillər
Bu gün 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür.
“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.
Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!
Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar