Xəbər lenti
Xaçatryan intihara cəhd edib, damarını dişi ilə kəsib

Manevr.az xəbər verir ki, prosesdə iş üzrə sonuncu şahid- ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.
Şahidin sözlərinə görə o, SSRİ qoşunlarından Qarabağa xidmətə göndərilib. O, V.Xaçatryanı tanıdığını, onun Sarkisyan, Koçaryan, Balasanyan və digərləri ilə birləşib insanları milli münaqişələrə cəlb etdiyini deyib:
“Mən baş leytenant rütbəsində SSRİ qoşunlarından gəlmişdim. Şuşa post patrulunun qərərgah rəisi olmuşam. O vaxt milli münaqişələr törədən insanlar var idi. Balasanyan, Sarkisyan, Xaçatryan erməni camaatını mitinqlərə cəlb edirdilər. Samvel Babayan var idi. O da bir nömrəli fiqur idi. İnsanları öldürürdülər. Koçaryanın iki komandası var idi. Onlar kəndə daxil olub, mitinqlərə qoşulmayan azərbaycanlıları güllələyirdiıər. İkinci komanda da səngərdən qaçan camaatı güllələyirdi. Səngərdən qaçanlara zülm edirdilər. Buna biz Vaqif deyirik, Qarabağ erməniləri ona Vaqi deyirdilər. O vaxt milli münaqişələrə cəlb edənlərdən Vaqif də var idi. Biz onu tutub gətirdik Şuşa türməsinə. Bir neçə ay sonra oradan çıxıb getdi, Meşəli hadisələrini törətdi.
Şahidin dediyinə görə, V.Xaçatryan türmədə intihara cəhd edib: “Dedilər damarını dişi ilə kəsib. Onu gətdirdik Şuşa xəstəxanasına. Gecə gördüm ki, dişi ilə tikişi sökməyə çalışır. Bu o vaxt özü özünə hökm oxumaq istəyirdi”. (qafqazinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar