Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən bahalı südü: 1001 DƏRDİN DƏRMANI – Bir litri 700 AZN

Tarix: 24-05-2017 22:31     Baxış: 3337 A- / A+
Dünyanın ən bahalı südü:

Şəfa mənbəyi hesab edilən arı südü qramla satılacaq.
Türkiyənin Manisa bölgəsində Arı İstehsalçıları Birliyinin sədri Mehmet Əli Turqut bu barədə mediaya açıqlama verib. Açıqlamasında dünyanın ən bahalı südləri arasında yer alan arı südünün insanlar arasında böyük marağa səbəb olduğunu deyib.
Arı südünün əsasən 10-15 milliqram olaraq satıldığını deyən sədr, kiloqram qiymətinin təxminən 1300-1500 lirə (700 AZN) arasında dəyişdiyini qeyd edib.
Bu süd normal şərtlərdə 6 və 15 günlük işçi arıların udlaq üstü vəzilərindən ifraz etdikləri bir maddədən hazırlanır. Digər heyvanlardan alınan südün tərkibi ilə heç bir bənzərliyi yoxdur. Ana südü ilə müqayisə edilir. Ana arıların vəzifəsi pətəyə çoxlu sayda yumurta qoymaqdır. Qidalandırıcı pətəklərə qoyulan yumurtalar götürülür və xüsusi prosesdən sonra arı südü əldə edilir. Bunun üçün müxtəlif koloniyalardan arılar seçilir.
Gigiyenik və düzgün şəraitdə toplanan arı südünün insanlar üçün qeyri-adi şəfa mənbəyi olduğunu deyən Əli Turqut südün immun çatışmazlığını bərpa etdiyini dedi: Arı südünün insan orqanizminə çox faydaları var. İmmun sistemini möhkəmləndirir, orqanizmi təmizləyir, hüceyrələrin funksiyasını sürətləndirir. Arı südü həm də ölü hüceyrələri bərpa edir. İnsanlar ən çox bu səbəbdən arı südünə üstünlük verir”.
Mütəxəssis xəbərdar edir ki, allergiya, astma, dəri xəstəliklərindən əziyyət çəkən insanların arı südündən istifadə etməsi risklidir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar