Xəbər lenti
Doqquz yaşlı uşaq atasına görə polisi balta ilə yaraladı - Şəkil

Bildirilir ki, 37 yaşlı haker başqasının bank kartından 10 min rubl (169 manat) silib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyən edib və tutmağa gəliblər.
Ancaq kişi dindirilməyə getməkdən qəti şəkildə imtina edib. O, eyvandan balta götürərək polislərə hədə-qorxu gəlib və söyüş söyərək polisi qovmağa çalışıb, amma alınmayıb - hüquq-mühafizə orqanı əməkdaşları onu zərərsizləşdiriblər.
Bu zaman hakerin doqquz yaşlı oğlu eyvanda ikinci balta taparaq atasına kömək etməyə qaçıb. O, baltanın küt tərəfi ilə var gücü ilə baş leytenantın kürəyinə vurub.
Nəticədə hər ikisi - kişi və oğlu polis bölməsinə aparılıblar.
Xəstəxanada yaralı polisə kürəyinin ağır əzilməsi diaqnozu qoyulub.
Baş verənlərlə bağlı istintaqa başlanılıb. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar