Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni oliqarx "İzvestiya"nın binasını aldı, Vahid Ələkbərovla şərik oldu

Tarix: 22-05-2017 17:43     Baxış: 4304 A- / A+
Erməni oliqarx "İzvestiya"nın binasını aldı, Vahid Ələkbərovla şərik oldu


"İzvestiya" qəzetinin Moskvadakı məşhur binasının yeni sahibinin adı nəhayət məlum olub.

Manevr.az xəbər verir ki, bu, erməni milyarder Samvel Karapetyanın "Taşir" qrupudur. Şirkət qəzetin keçmiş redaksiya binasını restavrasiya edərək yerində çoxfunksiyalı kompleks, o cümlədən otel açacaq və bu işə 150 milyon dollar yatıracaq. Bildirilir ki, "Taşir" artıq rekonstruksiya işlərinə başlayıb. Bu zaman binanın fasadı toxunulmaz qalacaq.

Binanın alınmasına dair sövdələşmə hələ iki il əvvəl əldə edilib. Moskvanın Tverskoy küçəsi 181 ünvanında yerləşən bina "İzvestiya" ASC-nin balansında olub, həmin ASC-nin səhmləri isə "Milli Media Qrupu"na məxsus idi. Aprelin əvvəllərində xəbər yayılıb ki, "İzvestiya" ASC-nin səhmlərinin 74.4 faizini Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş "Midrev Holdings Inc" şirkəti alıb. Sövdələşmə 35-45 milyon dollar arası qiymətləndirilirdi. Lakin o vaxt şirkətin benefisiarlarının adlarını müəyyən etmək mümkün olmamışdı. KİV-lər isə səhmlərin hələ 2015-ci ilin fevralında satıldığını, lakin tərəflərin yekun razılaşma imzalamasının iki il ləngidiyini yazıblar.

"Kommersant" və RBK isə "İsvestiya" ASC-nin səhmlərini alan şirkətin ya Samvel Karapetyanın "Taşir" qrupu, ya erməni biznesmenin biznes partnyorları olduqlarını yazıb. Səhmlərin satışının iki il ləngiməsi isə "İzvestiya" ASC-nin daxilindəki korporativ münaqişə ilə bağlı olub. Həmin şirkətin minoritar səhm paketinin sahibi isə "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov və şirkətin vitse-prezidenti Leonid Feduna bağlı hesab olunan şirkətdir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində "Lukoil" "İzvestiya"nın səhmlərinin 40 (bəzi məlumatlara görə 48 ) faizini almışdı. Bundan qısa müddət sonra qəzetin redaksiyası ilə Vahid Ələkbərov arasında münaqişə yaranıb. Bunun səbəbi "İzvestiya"nın o vaxtkı baş nazir Viktor Çernomırdinin 5 milyard dollar pulunun olması barədə ABŞ Konqresininin iclasının stenoqramını dərc etməsi idi. Bu, həmin vaxtlar idi ki, "İzvestiya"nın tirajı on milyon nüsxəni keçirdi və o, Rusiyanın ən nüfuzlu nəşri hesab edilirdi.

İndi isə belə görünür ki, Vahid Ələkbərov qəzetin keçmiş redaksiya binasının mülkiyyətçilərindən biri kimi istər-istəməz erməni milyarderlə ortaq olur.virtualaz.org

Erməni oliqarx "İzvestiya"nın binasını aldı, Vahid Ələkbərovla şərik oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar