Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hakan Şükür Türkiyədən qaçdı, varidatı açıqlandı -SİYAHI

Tarix: 28-08-2016 11:30     Baxış: 3656 A- / A+
Hakan Şükür Türkiyədən qaçdı, varidatı açıqlandı



Türkiyədə FETÖ təşkilatına maddi dəstək göstərdiyi üzə çıxan veteran futbolçu və keçmiş millət vəkili Hakan Şükürün və atası Selmet Şükürün 7 şirkətdə pay sahibi olduğu üzə çıxıb.
Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu şirkətlərdə 30-60 faiz arası pay sahibi olan ailənin var-dövlətinin həcmi 200 milyon lirədən artıqdır.

Bundan başqa mülklərinə həbs qoyulan Şükür ailəsinin Sakarya vilayətində 36 daşınmaz əmlaka sahib olduğu üzə çıxıb. Məhkəmə onların 5 lüks asvtomobilini də qeydə alıb.

Bildirilir ki, dövlət çevrilişinə cəhddən əvvəl ölkədən qaçmış Hakan Şükür və bir neçə gün əvvəl həbs edilmiş atasının İstanbulun mərkəzində iki evi, Sakarya, Kocaeli, Bodrum və İstanbulda bağ evləri, Serdivan adlanan ərazidə isə 16 villa, 24 mənzil və 3 ofisdən ibarət kompleksi var. Sakaryanın Serdivan rayonundakı həmin kompleksin dəyərinin 30 milyon lirədən çox olduğu bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar