Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər kəsin çoxdan gözlədiyi XƏBƏR GƏLDİ - Zəngəzur dəhlizi ilə BAĞLI MÜJDƏ

Tarix: 07-09-2023 09:01     Baxış: 3247 A- / A+
Hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızğın iqtisadi və siyasi mübarizəyə başlayıblar. Çinin müəlifi olduğu “Bir kəmər Bir yol” qlobal marşrutunun ən rahat qollarından biri Azərbaycan ərazisi hesab edilir. Bir çox ölkələrin Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra gerçəkləşdirdiyi Zəngəzur dəhlizinin perspektivlərinə marağı daha da artır. Bu məsələ Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri zamanı bir daha səsləndirilib.

Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. İndi növbə Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda dünyada gedən iqtisadi yeniliklər və siyasi vəziyyət bunu göstərir ki, Zəngəzurla bağlı məsələ reallaşmalı, sürətlənməli və yaxın vaxtlarda dəhlizin bərpası təmin olunmalıdır.

Bəs Zəngəzur dəhlizinin aşılması reallaşacaqmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov  bildirib ki, Zəngəzur dəhlizinin açılması reallaşacaq və heç kimin buna şübhəsi olmasın:

“Zəngəzur dəhlizinin açılmasında nə qədər iqtisadi əhəmiyyət varsa, bir o qədər də siyasi əhəmiyyət var. Biz ona yalnız mühüm bir yol kimi yox, siyasi bir layihə kimi baxmalıyıq. Çünki bu həm də bizim Türkiyə və orta Asiya Respublikları ilə birliyimizi daha da gücləndirəcək, möhkəmləndirəcək və Türk dövlətləri arasında inteqrasiyanı, birliyi artıracaq”.

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç kimin şübhəsi olmasın, dəhliz mütləq açılacaq: “Bu Azərbaycanın prinsipial bir məsələsidir və Azərbaycan bu məsələni mütləq şəkildə həll edəcək. Sadəcə burada zaman məsələsi var. Bundan əlavə Zəngəzur dəhlizi təkcə Azərbaycanı düşündürən, Azərbaycanı maraqlandıran bir məsələ deyil. Eyni zamanda region dövlətlərini ciddi şəkildə maraqlandıran bir layihədir”.

Sadəcə bu məsələ zamanla öz həllini tapacaq. Zaman-zaman müəyyən problemlər ortaya çıxır. Ermənistan təxribatlara əl atır, digər ölkələr buna mane olmağa çalışır, amma Azərbaycan bütün məqsədlərinə birmənalı olaraq nail olacaq – deyə Ceyhun Məmmədov qeyd edib. referans.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar