Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ruhani “azəri” dedi, “mən türkəm” cavabı aldı - Ərdəbildə

Tarix: 18-05-2017 10:27     Baxış: 5512 A- / A+
Ruhani “azəri” dedi, “mən türkəm” cavabı aldı

İran Prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Ərdəbil şəhərinə səfər edib.

Manevr.az xəbər verir ki, o Urmiyə, Təbriz və Zəncanda olduğu kimi, bu şəhərdə də milli şüarlarla qarşılaşıb.

H.Ruhani Ərdəbildə keçirilən təbliğat mitinqində çıxış edərkən soydaşlarımız “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Haray, haray mən türkəm” və s. kimi şüarlar səsləndirib, üzərində “Azərbaycanın susqunluğu əbədi olmayacaq”, “Biz ölkədə türk dilinin rəsmi olmasını istəyirik” sözləri yazılmış plakatlar qaldırıblar.

Mitinqə qatılan soydaşlarımız türklərə qarşı ayrı-seçkilik siyasətinə son qoyulması, türk dilinin rəsmi olması və ana dilində təhsil almaq kimi milli tələblər irəli sürüb, H.Ruhaniyə 4 il öncə verdiyi vədləri yerinə yetirmədiyi üçün kəskin etiraz ediblər.

Məlumata görə, mitinq zamanı polis və ETTELAAT əməkdaşları “Azərbaycanın susqunluğu əbədi olmayacaq” plakatının qaldırılmasına mane olmaq istəsələr də, bu, mümkün olmayıb.

H.Ruhani çıxışının bir yerində “azəri” ifadəsi işlədib, buna qarşı dərhal “Haray, haray mən türkəm” şüarı səsləndirilib. O, bundan sonra sözünə düzəliş edib və çıxışını davam etdirib. teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar