Xəbər lenti
Ordu əməliyyatlara başladı: Ordubad istiqamətindəki hücum... - Polkovnik açıqladı
Separatçıların son təxribatları fonunda onların növbəti hiylələri müşahidə edilir. Xankəndidə özünü qondarma rejimin rəhbəri hesab edən baş separatçı Araik Arutyunyan ötən gün istefa verdiyini açıqladı. Təbii ki, ona verilən təlimat budur. Çünki növbəti hiylə və təxribatları tamam başqa cür icra etmək istəyəcəklər. Azərbaycan-Ermənistan şərti sərhəd xəttində ötən gündən başlanan hərbi təxribatlar da bu məkirli planın tərkib hissəsidir. Sözsüz ki, Azərbaycanın təxribatlara cavabı daha sərt olacaq.Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, ötən gün erməni tərəfi Sədərəyi deyil, artıq Ordubadı atəşə tutub:
“Burada məqsəd tamam aydındır. Düşünürlər ki, qan tökülsün və beləliklə mümkün danışıqlar qeyri-müəyyən müstəviyə yönəlsin. Azərbaycanla Ermənistanın heç bir halda sülh danışıqlarında bir araya gəlməsini istəmirlər. Ona görə də, kənardan hər cür təzyiq və təsirlər olacaq”.
Polkovnik hesab edir ki, bu gün bölgədə sülhə cavabdeh olan rus sülhməramlıları tamam başqa məcrada fəaliyyət aparır:Üzeyir Cəfərova görə, Azərbaycanın Ordusunun Qarabağda tərkisilah əməliyyatlarına başlaması üçün artıq real zəmin yaranıb:
“Qarşı tərəfin təxribatları Azərbaycanı bu addımı atmağa vadar edir. Separatçıların qondarma vəzifə bölgüsü kimi məsələlər isə burada heç bir məna daşımır. Fikirlər səslənir ki, separatçıların başına Azərbaycanla danışıqlarda iştirak etmiş Samvel Şahramanyan gətiriləcək. Bütün bunlar isə oyunun bir parçasıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































