Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdan xəbərdarlıq: Xankəndidəki qondarma rejim ləğv ediləcək

Tarix: 31-08-2023 21:52     Baxış: 3225 A- / A+



Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazisində baş verənlər təcili müdaxilə zərurəti yaradır. 44 günlük müharibədən sonra bu bölgədə faktiki olaraq “boz zona” yaranıb. 10 noyabr 2020-ci il razılaşması bu bölgədə atılmalı addımları da ehtiva edirdi.

1. Erməni silahlı dəstələri bölgədən çıxarılmalı idi;
2. Bölgədə təhlükəsizliyin təmin edilməsini Rusiya sülhməramlıları həyata keçirilməli idi;


Müharibədən ötən üç il ərzində isə bunların heç birinə əməl edilmədi. Əvəzində Qarabağın “boz zona”ya çevrilməsi daha da sürətləndi.

Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınması həyata keçirildi. Separatçılar postlar quraraq, Azərbaycana qarşı müharibəyə hazırlaşdı. Rəsmi Bakının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya sülhməramlıları bütün bunlara qarşı heç bir addım atmadı. Nəticədə Azərbaycan öz ərazisində baş verən qanunsuzluqlara qarşı praktiki addımlar atdı, xüsusilə Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra qeyri-qanuni əməllərin qarşısı böyük ölçüdə alındı.

Lakin Qarabağda “boz zona” hələ də mövcuddur. Separatçılar erməni əhalisini girov olaraq saxlayır, onların reinteqrasiya prosesinin qarşısını alır. Erməni silahlı dəstələri hələ də bölgədədir. Ağdam-Xankəndi yolunun açılmasına qarşı törədilən təxribatlar isə artıq

Azərbaycan ərazisindəki “boz nəzarətsiz zona”nın ləğv edilməsini aktuallaşdırdı. Separatizm ləğv edilməli, qeyri-qanuni rejim buraxılmalı, silahlı dəstələr tərk-silah edilməlidir. Beynəlxalq hüquqa əsaslanan bu məsələ həm də bütövlükdə regionun təhlükəsizliyi üçün vacibdir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bəyan etdi ki, Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil: “Qeyri-qanuni rejim buraxılmalı və tərk-silah olunmalıdır”.

Bu, rəsmi Bakının açıq mesajıdır. Ağdam-Xankəndi yolunun açılması məsələsinin aktuallaşdığı vaxt bu mesajın verilməsi isə o deməkdir ki, Azərbaycan qondarma rejimin buraxılması və bölgənin silahsızlaşdırılması istiqamətində praktiki addımlar ata bilər. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar