Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Priqojinin meyitini morqdan oğurlayıblar?

Tarix: 26-08-2023 22:42     Baxış: 4387 A- / A+
 Avqustun 23-də Tver vilayətində özəl təyyarəsinin partlaması nəticəsində həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin meyiti dünən səhərçağı regional məhkəmə-tibb ekspertizası bürosunun morquna yerləşdirilib.

Amma bir qədər sonra məlumat yayılıb ki, Priqojinin cəsədi oğurlanıb.

Dəfn mərasimləri üzrə agentlik isə bu xəbəri inkar edib.

“Heç kim onu oğurlamayıb. Meyiti oradan oğurlaya bilməzlər, belə şayiələrə inanmayın”, - deyə agentlikdən bildirilib.

Tver vilayətinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də meyitin morqdan oğurlanmasının mümkün olmadığı vurğulanıb.

“Axmaq şayiələrdir, bizə belə bir məlumat daxil olmayıb. Ölülərlə bağlı bütün məsələlərə İstintaq Komitəsi baxır, amma düzünü deyim ki, bizə buna görə heç kim zəng vurmur, nəsə soruşmur”, - qurumun səlahiyyətlisi deyib.

Bundan öncə “Mash” “Telegram” kanalı məlumat yaymışdı ki, telefon dələduzları müntəzəm olaraq Tver polisinə zəng edərək Priqojinin meyitinin morqdan yoxa çıxdığını deyirlər.

“Son iki gündə polis idarələrinə tez-tez zəng vuraraq guya yerli morqun patoloqoanatomlarının danışdıqları əhvalatı deyirlər. Guya həkim 20 dəqiqəlik harasa çıxıb, qayıdanda isə Priqojinin meyitinin yoxa çıxdığını görüb. Kameraları isə guya oğrular öncədən sındırıblar”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, təyyarədə Priqojinlə yanaşı, onun sağ əli Dmitri Utkin, beş sərnişin və ekipaj üzvləri olub. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, təyyarədə olanların onu da həlak olub. Onların meyitləri isə avqustun 25-i səhərçağı Tver Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morquna gətirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar