Xəbər lenti
Tovuzdakı qasırğada 1 nəfər xəsarət alıb - FOTOLAR
Ötən gün axşam saatlarında Tovuz rayonunda baş verən güclü qasırğa 10-a yaxın kənddə ciddi fəsadlar törədib.
"Report"un Qərb bürosu xəbər verir ki, təbiət hadisəsi zamanı Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Quşçu, Azaflı və Bayramlı kəndlərinə xeyli ziyan dəyib.
Qısa müddət davam edən qasırğa təmas xəttində yerləşən Əlibəyli kəndində 5 yaşayış evinin dam örtüyünü, elektrik xətlərini sıradan çıxardıb. Evlərdən birinin dam örtüyünün qopması nəticəsində həyətdə olan kənd sakini Kəmalə Əliyeva gözündən xəsarət alıb. Qadının zədəsi yüngül olduğundan o, evdə müalicə edilib.
Təbiət hadisəsi, həmçinin Aşağı Quşçu kəndi ərazisində bir neçə ticarət obyektinin dam örtüyünü, elektirik və rabitə xətlərini yararsız hala salıb.
Qəfildən dəyişən hava şəraiti nəticəsində Sabir küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyü uçub, mərkəzi hissədə olan ağaclar kökündən qopub.
Güclü külək Qovlar qəsəbəsində yanğına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, 10-a yaxın kəndi elektrik enerjisi ilə təchiz edən “Azərişıq” ASC-yə məxsus transformator ildırım vurması nəticəsində yanmağa başlayıb. Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Nazirliyin məlumatına görə, yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda rayona elektrik enerjisi verilişində fasilələr yaranıb. Problemin günün sonuna qədər aradan qaldırılacağı bildirilir.
Qasırğa Bakı-Qazax avtomagistralının bir neçə saatlıq bağlanmasına da səbəb olub. Aşağı Quşçu kəndində iri ağacın qırılıb yola düşməsi avtomobillərin hərəkətini çətinləşdirib. Gecə saatlarında əraziyə cəlb edilən texnika və canlı qüvvə yolda hərəkəti bərpa edə bilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar