
Xəbər lenti
Vüqar Bayramovdan qardaşının həbsinə MÜNASİBƏT

Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk səhifəsində yazıb.
Qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə münasibət bildirən deputat qeyd edib ki, son bir həftə ərzində xarici səfərdə olduğu üçün məsələ ilə bağlı medianın suallarını cavablandırmaq imkanı olmayıb: “Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə suallarını cavablandıra biləcəyəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.
İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəm.
Allah bütün məhbusların qapısını açsın”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar