Xəbər lenti
Sabiq dövlət katibi Beykerin A. Mütəllibov, E. Məmmədyarov və İ. Qəmbərlə tarixi görüşü - 1992-ci ildə Ceyms Beyker Bakıya niyə səfər edib? –VİDEO -FOTOLAR
İnternetdə ABŞ dövlət katibi Ceyms Beykerin 1992-ci ildə Azərbaycana səfərini əks etdirən video-sujet yayımlanıb. Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri olmuş mərhum Osman Mirzəyevin qızı, jurnalist Sevinc Osmanqızının paylaşdığı bu videokadrlarda ABŞ dövlət katibinin səfəri əks olunub.
Strateq.az bunla bağlı maraqlı material hazırlayıb. Manevr.az həmin yazını və foto-video materialları təqdim edir.
Sayt bildirir ki, 1992-ci ilin fevralın 13-də Bakıya gəlmiş Beykerin bu səfəri o dövr üçün çox böyük siyasi jest sayıla bilər.
Videoda ABŞ dövlət katibini gətirən təyyarə görünür. Trapın önündə Beykeri Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəlibov qarşılayır.
Kadrlarda ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, digər dövət rəsmiləri gözə dəyir. Qarşılanma mərasimində diqqəti çəkən şəxs həmçinin hazırda xarici işlər naziri olan Elmar Məmmədyarovdur. Gənc və bığ saxlayan Məmmədyarov Beykerin qəbul mərasiminin idarə olunmasına rəhbrlik edir.
Hava limanında köhnə sovet ZİS-lərinə minən prezident və ABŞ dövlət katibi Bakı küçələrindən keçir. Maraqlıdır ki, yolboyu maşın karvanını küçələrdə durmuş yüzlərlə Bakı sakini salamlayır. Daha sonra qonaqlar Gülüstan sarayına daxil olurlar. Təkbətək görüşdən sonra prezident Ayaz Mütəllibov və ABŞ dövlət katibi Ceyms Beyker qısa bəyanatla çıxış edirlər.
Daha sonra görüş geniş tərkibdə davam edir. Azərbaycan nümayəndələri arasında prezidentlə bərabər Ali Sovetin sədri Elmira Qafarova, dövlət katibi Midhət Abbasov, baş nazir Həsən Həsənov, dövlət müşavirləri Adil Əliyev və Vəfa Quluzadə görünür. Maraqlı bir detal da var. Beykerlə görüşdə Ali Sovetin müxalifətdən olan deputatı, AXC İdarə Heyətinin üzvü, parlamentin xarici işlər üzrə komissiyasının sədri İsa Qəmbər də iştirak edir.
Qeyd edək ki, Ceyms Beyker ABŞ-ın müstəqil Azərbayacana gəlmiş ilk ali dövlət rəsmisidir. O, Bakıya Orta Asiyaya turnesi çərçivəsində səfəri zamanı gəlmişdi. Halbuki bu səfər proqramında nəzərdə tutulmamışdı.
Eks-prezident Ayaz Mütəllibov ötən il Strateq.az-a verdiyi müsahibəsində demişdi ki, Beykerin səfəri Azərbaycanın nefti ilə bağlı olub. “1991-ci ilin sonunda mən ABŞ-ın AMOKO şirkəti iə neft müqavilələrinə aid planı müzakirə etdim. Beykerin Bakıya səfəri məhz bununla bağlı idi”, -deyə Mütəllibov xatırlamışdı.
ABŞ 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan edib. 1992-ci il fevralın 12-də ABŞ Dövlət katibi Ceyms Beykerin Bakıya səfəri həm də iki dövlət arasında rəsmi münasibətlər yaratmaq məqsədindən irəli gəlmişdi. Səfərdən bir az sonra, martın 18-də ABŞ-Azərbaycan diplomatik münasibətləri yaradıldı və ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana səfər etdi.
Son 25 il ərzində ABŞ-ın iki dövət katibi –Ceyms Beyker və Hillari Klinton Bakıya səfər edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar