Xəbər lenti 
					
 
		Azərbaycanlı iş adamının otelində erməni bayrağı dalğalanır – VİDEO
Türkiyənin Kars şəhərində yerləşən və azərbaycanlı iş adamına məxsus olduğu iddia edilən “Grand Ani” hotelinin girişində Ermənistan bayrağı asılıb.
Bu barədə məlumatı Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib.
Diaspor rəhbəri vurğulayıb ki, oteli Azərbaycan əsilli bir iş adamı tikdirib:
“O iş adamı vaxtilə Azərbaycanda çalışıb. Bu gün isə Azərbaycandan qazandığı pulların hesabına Karsda özünə otel tikdirib. Həmin oteldə Ermənistan bayrağının asılması isə xalqımıza qarşı hörmətsizlikdir. İşin ən pis tərəfi isə odur ki, sözügedən iş adamı tez-tez Azərbaycana gəlir. Hesab edirəm ki, onun Azərbaycana girişinə qadağa qoymaq lazımdır. Araşdırmaq lazımdır ki, otel rəhbərliyinin Ermənistan sevgisinin arxasında hansı amillər dayanır”.
Qeyd edək ki, “5 ulduzlu” lüks “Grand Ani” hotelinin açılışı 2009-cu ildə baş tutub. Açılış mərasiminə Azərbaycandan da bir sıra tanınmış simalar qatılıb. femida.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















