Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əgər 14 yaşın varsa, kim istəsən, vurub öldürə bilərsən? - CAVAB

Tarix: 06-05-2017 08:03     Baxış: 6311 A- / A+
Əgər 14 yaşın varsa, kim istəsən, vurub öldürə bilərsən?

Xəbər verdiyimiz kimi, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcov avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vuraraq öldürüb.
Bu hadisədən sonra sual ortaya çıxıb: "Təqsirkar həbs olunacaqmı? və ya 14 yaşın varsa, istənilən cinayəti törədə bilərsənmi?
Tanınmış hüquqşünas Asif Abdullayev bu suala cavab verib:
Cinayət məcəlləsinin "məntiqinə" heyranam. İş adamının 14 yaşlı oğlu idarə etdiyi avtomobillə gənc xanımı vurub öldürdüyü üçün cinayət məsuliyyətinə cəlb ediləcəkmi? Bu sualın cavabı Cinayət məcəlləsinin 20.2.-ci maddəsinin məntiqsiz məzmununda əks olunub. Həmin maddədə 14 yaşına çatmış şəxsin hansı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bildiyi göstərilib. Maddənin məntiqsizliyi ondan ibarətdir ki, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər, amma avtomobillə adam vurub öldürmüş 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəzərə almaq lazımdır ki, asvalt zədələmə ilə müqayisədə, nəqliyyat vasitəsi ilə qayda pozmaq və nəticədə insan ölümünə səbəb olma halı ictimai təhlükəlilik baxımından daha təhlükəlidir.

Cinayət məcəlləsinin 20.2.-ci mddəsinin tam məzmununu diqqətinizə çatdırıram : "20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir."big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar