Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - 5yaşlı Kənanı sünnət zamanı öldürən həkim

Tarix: 05-05-2017 18:05     Baxış: 4346 A- / A+
"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır"


Masallı rayonunda sünnət zamanı 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən Report-a verilən məlumata görə, Kənan Hüseynovun ölümünə səbəb uşağın orqanizminin ağrıkəsici kimi istifadə olunan "novokain"ə əks reaksiya verməsi olub.

Ailənin yeganə övladının Ramiz Sadıqovun səhlənkarlığı üzündən dünyasını dəyişdiyini iddia edən uşağın babası Qardaş Hüseynov həkimin uşaqla sərt davrandığını, uşağın ağlamasına əhəmiyyət verməyərək onları otaqdan çıxardığını bildirib: "Həkim yerli klinikaların birində çalışır. Mən onunla danışanda bildirdi ki, uşağı evdə sünnət edəcək. Biz də hazırlıq gördük. Uşaq dinc qalmırdı, qışqırıb ağlayırdı. Həkim də ona qorxu gəldi və iki iynə vurdu. Sonra bizi otaqdan çıxartdı. Bir qədər sonra uşaq qucağında heç bir söz demədən tələsərək narahat halda evdən çıxdı və maşına minib uzaqlaşdı. Bizi gözləmədən uşağı harasa apardı. Mən ona zəng vuranda dedi klinikaya aparıram. Biz ora gedəndə dedilər uşaq təcili yardımdadır. Təcili Yardım Stansiyasına gələndə isə uşağın öldüyünü bildik".

Həkim Ramiz Sadıqov baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. O, mətbuatın uşağın ölüm xəbərini "çox böyütdüyünü" də iddia edib: "Nə olub? Bir uşaq ölüb, az qala Tramp da bu hadisədən danışır".

Masallı Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (Ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işinin başlanılıb: "Baş verən hadisə ilə bağlı araşdırma aparılır, ekspertizanın rəyindən asılı olaraq qərar veriləcək".

Qeyd edək ki, üç gün sonra H.Hüseynovun 5 yaşı tamam olacaqdı.

Manevr.az

"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır"
"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar