Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Namiq Dəlidağlının yeni kitabı çap olunub -FOTO

Tarix: 05-05-2017 09:09     Baxış: 4538 A- / A+
Namiq Dəlidağlının yeni kitabı çap olunub

Çağdaş Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti olan bir nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü: Namiq Dəlidağlının "Otel otağından reportaj" adlı yeni kitabı işıq üzü görüb. Kitaba, əsasən, şairin son illərdə qələmə aldığı şeirləri daxil edilib.

Vətən və insan sevgisi kimi klassik mövzulara yeni nəfəs verib, yeni çalar qatan şair qarşısına ənənəvi - milli çərçivədən çıxmaq kimi bir məqsəd qoymayıb. Göstərilən çabalar bu mövzuları yeni üslubda, fərqli biçimdə oxucuya təqdim etməkdir.
Müəllif son illərdə şahidi olduğu, eşitdiyi məlumatları çox ustalıqla qələmə alıb. Əsil vətəndaş mövqeyi sərgiləyən bir insan olaraq, gah gənc ömürləri yarıda kəsilən ağaclara "ağı" deyir, gah arzuları gözlərində "boğulan" dənizçilərin xatirəsinə rekviyem səsləndirir, gah da doğma yurd: Kəlbəcər niskili ilə son karvana "qoşulan" anasına yalandan təskinlik verməkdən yayınaraq, "ta demirəm sağlıq olsun, ay ana" söyləyir. Kitab bir insan-şair qəlbində sıralanmış arzu, istək və niskilin poetik dillə ifadəsidir.
Ümid edirik ki, istedadlı şairin növbəti kitabı da oxucuların marağına səbəb olacaq və yeni şeirləri həvəslə oxunacaq.


Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar