Xəbər lenti
Azərbaycanda doğuş zamanı daha bir faciə - Gənc qadın öldü

Bu gün səhər saatlarında doğuş zamanı daha bir körpə ölümü qeydə alınıb.
Hadisə “Baku Medical Plaza” klinikasında baş verib. Mehriban Hüseynova nəvəsinin ölümündə doğuşu həyata keçirən həkim Sevinc Qəhrəmanovanı günahlandırıb. Onun iddiasına görə, həkim uşağı ana bətnində boğub:
“Gəlinim Firəngiz Məmmədova dünən 18:00-da doğuşa girib, bu gün səhər 4-5 radələrində uşağın öldüyü deyilib. Həkim bizi son dəqiqəyə kimi əmin etdi ki, normal doğuş olacaq. Bacarmadığı üçün uşağı ana bətnində boğub. Ana doğuşa gedəndə uşağın ürək döyüntüləri öz yerində idi. Hələ xoşbəxtlikdən anaya nəsə olmayıb, onun üçün də həyati təhlükə yaranıb. Hazırda vəziyyəti kafidir. Həkimin sözü bu oldu ki, uşaq ana bətnində ölüb, qız doğa bilməyib. Bu səbəbdən uşaq boğulub. Bəs doğa bilmirsə, həkim nəyə lazımdır? Deyərdi, qeysəriyyə etdirərdik. Mən özüm də həkiməm. Fikrimcə, ağrıkəsici iynə vurub yatızdırıb, sonra da gəlinimin doğmağa gücü olmayıb”.
M. Hüseynova onu da qeyd edib ki, 9 ay müddətində nə anada, nə də ki uşaqda hər hansı poblem olub: “Analizin cavabları həmişə yaxşı çıxıb. Son dəqiqələrə kimi yoxlatmışıq, bir problem olmayıb. Heç baş həkimi tapa bilmirik ki, şikayət edək”. metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar