Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən dünyaya MESAJ: "Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq"

Tarix: 07-01-2023 21:21     Baxış: 4523 A- / A+

Türkiyədən dünyaya MESAJ: "Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq"Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikməsi haqda xəbər əməlli-başlı səs-küyə səbəb olub. 

Bu xəbərdən nəinki ermənilər, hətta onlara havadarlıq edənlər də təşvişə düşüblər. Bəs görəsən Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsi bizə hansı dividentlər qazandıra bilər?

Mövzunu şərh edən politoloq Samir Hümbətov bildirib ki, indiki məqamda Türkiyə Ermənistanla sərhəddə hərbi baza tikməklə terrorla mübarizədə son illərdə qazandığı uğurları daha da inkişaf etdirmək istəyir: "Nəzərə almalıyıq ki, PKK terrorunun bir qolu, eləcə də əsas kamplarından biri Ermənistan ərazisində yerləşir. Bu isə regiona narahatlıq gətirən ciddi amillərdən hesab olunur. PKK-nın kamplarının orada olması, Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsini labüd edir və bununla həm də İrəvana mesaj verilir. Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı son dövrlər bəzi dövlətlər (Fransa, İran və sairə) tərəfindən təhdidlər gəlir ki, Türkiyənin modul tipli hərbi baza tikməsi həmin ölkələrə də mesaj olacaq".

Samir Hümbətov: "Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir" 1news.az Xəbərlər Politoloq əlavə edib ki, Ankaranın hərbi baza tikməsi nəticəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə Türkiyə hərbçiləri Ermənistanla sərhəddə birgə hərbi təlim keçirə biləcək: "Həmçinin Türkiyə hərbi baza tikməklə, "burada biz varıq, əgər Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq" mesajını bütün dünyaya çatdırır. Bu da böyük bir müharibənin yaranmasına yol aça bilər. Bu hərbi baza həmçinin Türkiyə hərbçilərinin bütün iqlim şəraitində fəaliyyətinə bir növ stimul vermiş olacaq". konkret

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar