Xəbər lenti
Naxçıvanda DİN ləğv olunur - Yeni rəis o olacaq

Bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır.
Artıq bununla bağlı müvafiq tapşırılıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.
İdarəyə kimin rəis təyin olunacağına da aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, bu postun Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətova həvalə olunacağı gözlənilir.
Qeyd edək kii, Süleyman Nemətov Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.
Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar