Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ağaclar kütləvi şəkildə kəsildi - MİS cərimələndi

Tarix: 22-04-2017 17:02     Baxış: 4328 A- / A+
Bakıda ağaclar kütləvi şəkildə kəsildi

Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb.

Manevr.az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, IV mikrorayon, Mirmahmud Kazımovski küçəsində baş verib.

Belə ki, çoxlu sayda ağac qırılaraq ekskavator vasitəsilə kökündən çıxarılıb. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) Mənzil-Kommunal Təsərrüfatı Birliyinə narazılıqlarını bildiriblər. Birlikdən sakinlərə ərazidə yeni park salınacağı ilə bağlı məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov bildirib ki, hadisə aprelin 19-da baş verib. O bildirib ki, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekpertiza idarəsinə müracət edib: "Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı olduğuna görə tərəfimizdən araşdırılma aparılıb və qanuna uyğun müvafiq tədbirlər görülüb".

R.Bayramovun sözlərinə görə, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi cərimələnib: "Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar