Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi - FOTO

Tarix: 19-04-2017 17:27     Baxış: 5453 A- / A+
“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi

Ötən ilin aprelində övladının tabutu bükülmüş bayrağı öpən ata dünən axşam vəfat edib.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, “Aprel döyüşləri”ndə şəhid olmuş gizir Bəxtiyar Hüseynovun atası Rafael Hüseynov Goranboy rayonunun Qızılhacılı kəndində yaşadığı evdə dünyasını dəyişib.
Mərhumun həmkəndliləri deyiblər ki, şəhid atası oğlunun ilindən bir neçə gün qabaq onun məzarı üstünə gedibmiş. Qayıdanda yolda yıxılıb. Rafael kişinin iflic olduğu deyilir. O, oğlunun ili çıxandan 9 gün sonra vəfat edib.
Şəhid gizir Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində dəfn edilib.
Şəhid Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Manevr.az
“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar