Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

ANS yenə şikayət verdi və yenə... - Məhkəmə

Tarix: 19-04-2017 16:35     Baxış: 3315 A- / A+
ANS yenə şikayət verdi və yenə...

Bu gün Ali Məhkəmədə “ANS ÇM Yayım və Media” və “ANS Müstəqil Yayım və Media” şirkətlərinin Bakı Apelyasiya Məhkəməsinin qərarlarından verdiyi kasasiya şikayətlərinə baxılıb.

Müvafiq olaraq hakimlər Kəmaləddin Bədəlov və Azər Hüseynovun sədrliyi ilə keçirilən proseslərdə Bakı Apellyasiya Məhkəməsinin qərarları qüvvədə saxlanıb, ANS-in şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. “ANS ÇM Yayım və Media” Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb, şikayət təmin olunmayıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar