Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəyik

Tarix: 19-04-2017 15:01     Baxış: 6423 A- / A+
Gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəyik


Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.
“Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.
Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.
Bu qanun layihəsi Milli Məclisin mayın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir. (trend)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar