Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Pənah Hüseyn ayda 4000 manat pensiya alacaq

Tarix: 29-10-2022 16:32     Baxış: 4460 A- / A+

"Hələ sənədlərimi təqdim etməmişəm. Yəqin ki, gələn həftə sənədlərimi təqdim edəcəyəm”. 

Manevr.az bildirir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi Pənah Hüseyn deyib.

65 yaşını qeyd edən eks-Baş nazir nə qədər pensiya alacağını dəqiq bilmədiyini söyləyib:

"Məndə olan məlumata görə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab göndərir və təxminən bir neçə aya pensiya məsələsi nizama salınır. Mən bununla məşğul olmamışam, amma gələn həftədən öz sənədlərimi təqdim edəcəyəm”. 

"Yüksəkməbləğli bir pensiya alacağınızı gözləyirsinizmi” sualına isə AXP sədri belə cavab verib:

"Keçmiş sabiq deputatların pensiyası nə qədərdirsə, yəqin ki, burada - mənimlə əlaqəli olan məsələdə də çərçivədən kənara çıxmaq imkanı olmayacaq”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdıə olan keçmiş həmkarlarının maaşlarının 80%-i həcmində pensiya alırlar.

Hazırda deputatların aylıq məvacibinin 5,000 AZN olduğunu nəzərə alsaq, sabiq millət vəkili Pənah Hüseynin ayda 4,000 AZN civarında pensiya alacağı aydın olur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar