Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sevgilisi başqa kişidən uşaq doğdu, əvvəl qəbul etdi, sonra isə... - Bakıda film kimi cinayət

Tarix: 19-10-2022 22:49     Baxış: 3479 A- / A+
Bakıda sevgilisi ilə birlikdə olan kişini bıçaqlayan Kamil Məhərrəmov adlı şəxs həbs olunub.

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin may ayında baş verib. Belə ki, Kamil Məhərrəmov “Binə” Ticarət Mərkəzində kafedə işləyən zaman Qalina adlı qadınla tanış olub və aralarında sevgi münasibəti yaranıb. Kamil Qaradağ rayonunda kirayə ev tutub və onlar Qalina və onun iki övladı ilə birlikdə yaşamağa başlayıb. Onlar bir evdə yaşayarkən Qalina Samir Quliyev adlı başqa bir kişi ilə görüşməyə başlayıb. Onların münasibəti dövründə Qalina Kamilə hamilə olduğunu bildirib. Məhkəmədə ifadə verən Qalina bildirib ki, Kamil ona uşağının olmadığını, sağlamlığı ilə bağlı problemi olduğunu deyib: “2021-ci ilin iyun ayında Kamilə hamilə olduğumu öyrəndim. Başa düşdüm ki, Samirdən hamiləyəm. Bir müddət sonra Kamilə hamilə olduğumu dedim. Uşağı qəbul edəcəyini dedi. Hamilə olduğumu Samirə də dedim.”

Kamilin sözlərinə görə, uşaq dünyaya gəldikdən sonra Qalina ilə aralarında olan münasibət pozulub və o, başqa evdə yaşamağa başlayıb. Buna səbəb Qalinanın ona soyuq münasibət göstərməsi olub. Lakin bu müddətdə Samir onun kirayə tutduğu evdə Qalina ilə gecələməyə başlayıb: “Qalinanın bu hərəkətləri mənə çox pis təsir bağışlayırdı. Qalinanın mənə qarşı xəyanətini öz-özümə bağışlaya bilmədim. Qalina məni uşağının atası olduğumu deyib aldatdı”.

Kamil Məhərrəmov qisas almaq məqsədi ilə marketdən aldığı bıçaqla özünün Qaradağda kirayəyə tutduğu, lakin Qalina və Samirin məskunlaşdığı evə gedib. O, evə daxil olaraq bıçaqla Samirə zərbə vurub. Mübahisə zamanı Qalina da qolundan bıçaq yarası alıb.

Kamil Məhərrəmov Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar