Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy gecəsi 5 illik sevgilisi ilə qaçdı - TƏFƏRRÜAT

Tarix: 17-04-2017 21:33     Baxış: 4399 A- / A+
Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy gecəsi 5 illik sevgilisi ilə qaçdı


Aprelin 15-də İmişlidə gəlinin toyu günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub. Bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb. Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq, gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.

Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.

İmişli rayonunda gəlin toy gecəsi evdən qaçıb. Hadisə aprelin 15-də baş verib. İmişli şəhərində yerləşən “Kral” şadlıq sarayında toy mərasimi keçirilən Qaradonlu kənd sakini, 18 yaşlı Sevil Quliyeva (ad-soyad şərtidir) evdən qaçıb. Onun sevdiyi oğlanla birgə qaçdığı iddia edilir.

Hadisə ilə bağlı qızın atası İmişli rayon Polis Şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır və cinayət tərkibi müəyyən edilərsə, faktla bağlı cinayət işi açıla bilər.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri avropa.info yayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar