Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 92 yaşlı qadın FACİƏVİ şəkildə öldü : ayağının altına stol qoyub...- TƏFƏRRÜAT

Tarix: 25-08-2016 12:50     Baxış: 3439 A- / A+
Bakıda 92 yaşlı qadın FACİƏVİ şəkildə öldü

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 92 yaşlı qadının eyvandan yıxılması ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

32-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 92 yaşlı qadın həmin mənzildə oğluyla birgə yaşayırmış. Oğlu hadisə baş verən zaman işdə olub. Ahıl qadın eyvana çıxaraq asılqanda olan paltarları yığmağa çalışıb. Boyu çatmadığından ayağının altına stul qoyub. Bu zaman onun təzyiqi qalxıb. Özünü saxlaya bilməyən 92 yaşlı qadın 2-ci mərtəbədən yerə yıxılıb. Qonşular küçəyə çıxanda məlum olub ki, qadın artıq ölüb. Polis əməkdaşları evə baxış keçirib. Evdə çox sayda dərman aşkarlanıb. Bilinib ki, 92 yaşlı qadın ürək çatışmazlığından və təzyiq xəstəliyindən əziyyət çəkib.

Bildirilib ki, onların yaşayış yeri Qaraçuxur qəsəbəsində olan keçmiş hərbiçilərə verilən 2 mərtəbəli binalardır. Ailə uzun müddətdir ki, həmin mənzildə yaşayıb.

Xatırladaq ki, 92 yaşlı Roza Yaqubova evinin eyvanından (ikinci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Yaqubova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar